Məhkəmə qərarları › İş №8(055)-106/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-106/2024

29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-106/2024 29.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “QAZ-3110 101” minik markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ceyhun Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 may 2023cü il tarixindən başlayaraq hər ay Borclu 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “QAZ 3110 101” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 may 2023-cü il tarixindən başlayaraq hər ay Borclu 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar eyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2023-cü-il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu ünvan 1i ünvanında yaşayan Borclu göndərilmişdir. Lakin, borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixində 200 manat aliment ödənişi etməklə, bugünə yaranmış aliment borcu 3580 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədinə görünür ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 may 2023-cü il tarixindən başlayaraq hər ay Borclu 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar eyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 04 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədi 14 sentyabr 2023-cü il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 04 oktyabr 2023-cü il il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “QAZ 3110 101” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(055)-508/2023 nömrəli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 may 2023-cü il tarixindən başlayaraq hər ay Borclu 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar eyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icarsı ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan “QAZ 3110 101” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “QAZ 3110 101” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx xxxxxx 1978-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olan Borclu adına qeydiyyata alınmış “QAZ 3110 101” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar