Məhkəmə qərarları › İş №8(055)-11/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-11/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-11/2025 30.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1 iştirakı ilə X1 Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)-566/2022 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)-566/2022 nömrəli qətnaməsinə əsasən tutulan 130 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)-566/2022 saylı qətnaməsi ilə 01 iyul 2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 may 2022-ci il tarixdən başlayaraq Borclu hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş 130 manat alimentin miqdarı 2022-ci il üzrə müəyyən edilmiş 300 manat minimum əmək haqqı məbləğinin 0,43 mislini təşkil etdiyindən (130:300=0,43) alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. (400x0,43=172). Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)-566/2022 saylı qətnaməsindən görünür ki, Borclu 01 iyul 2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 may 2022-ci il tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub X3 xeyrinə ödənilməlidir. Məhkəmə, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 300 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)- 566/2022 saylı qətnaməsinə əsasən 01 iyul 2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan 130 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (300:130=0,43) misli həddində müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(055)-566/2022 saylı qətnaməsinə əsasən 01 iyul 2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan 130 (bir yüz otuz) manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar