Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-116/2025 01.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədinə əsasən Borclu 32462,49 manat alınıb tələbkar “X5” ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında icra məmuru X2 təqdimatını müdafiə edərək göstərdi ki, Borclu 32462,49 manat məbləğində pul alınıb tələbkar “X5” ASC-nin xeyrinə ödənilməsi barədə Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədi icra olunması üçün 05 mart 2025-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin Borclu icra sənədini müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan “KİA SORENTO” markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədindən görünür ki, Borclu 32462,49 manat alınıb tələbkar “X5” ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədi 05 mart 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Borclu 32462,49 manat məbləğində pul alınıb tələbkar “X5” ASC-nin xeyrinə ödənilməsi barədə Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədi icra olunması üçün 05 mart 2025-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin Borclu icra sənədini müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı rayon notariat ofisinin 04 mart 2025-ci il tarixli, 8İ-979 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “KİA SORENTO” markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı şəhəri Dədə Qorqud küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan, xx xxxxx 1989-cu il təvəllüdlü Borclu adına qeydiyyata alınmış “KİA SORENTO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-116/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-116/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver