Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-117/2024 08.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-296/2023 saylı icra sənədi üzrə borclu, xx xxxxx 1974-cü il təvəllüdlü Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan Borclu Saatlı rayon İcra vo Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxmağınızı xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023cü il tarixli 2(055)-296/2023 saylı icra vərəqəsinə əsasən, Borclu 13540.54 manat məbləğində borc, ödənilmiş 130.62 manat məbləğində dövlət rüsumu, cəmi 13671 (on üç min altı yüz yetmiş bir) manat, 54 (əlli dörd) qəpik pul alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 28 iyul 2023-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-296/2023 saylı icra sənədinin surətindən görünür ki, Borclu 13540.54 manat məbləğində borc, ödənilmiş 130.62 manat məbləğində dövlət rüsumu, cəmi 13671 (on üç min altı yüz yetmiş bir) manat, 54 (əlli dörd) qəpik pul alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 28 iyul 2023-cü il tarixli qərarın və eyni tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-296/2023 saylı icra sənədi 28 iyul 2023-cü il tarixdə Saatlı Rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-296/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-296/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx xxxxx 1974-cü il təvəllüdlü, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-117/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-117/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver