Məhkəmə qərarları › İş №8(055)-121/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-121/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-121/2024 12.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Qərarından şikayət verilmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 26 iyun 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – BOKT "xxxx" MMC) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar BOKT "xxxx" MMC Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 26 iyun 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Saatlı rayon Notariat ofisi tərəfindən Borclu barəsində 8İ-5058 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 65.75 manat borc, 39.25 manat cərimə, 25 manat dövlət rüsumu, cəmi 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 icraatına daxil olmuş, ondan sonra icra məmuru X3 «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq, 8İ-5058 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 26 iyun 2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, Saatlı rayon İcra və Probasiya Şöbəsinin 8İ-5058 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 26 iyun 2024-cü il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatında olan BOKT "xxxx" MMC-yə dair icra işlərin kütləvi şəkildə və geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış iş materiallarına dair sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə “İcra haqqında” Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan və “İcra haqqında” Azərbaycan Respublikasının 23.7-ci maddəsinin qanunun tələblərini yenə kobud şəkildə pozaraq qəbul edilmiş qərarının surətini cəmiyyətə və onun ərazi üzrə nümayəndəsinə təqdim etməkdən müxtəlif bəhanələr gətirməklə imtina etmişdir. Bundan başqa, icra məmuru tərəfindən tərtib edilən və kütləvi şəkildə qaytarılan icra sənədlərinin əsaslandırmasında hər hansı əsaslandırma aparılmamış “İcra haqqında” Azərbaycan Respublikasının 23.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütün tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin, icra məmuru ərazi üzrə nümayəndə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümumiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmamasını bildirmişdir. Ən sonda qeyd edirlər ki, cəmiyyətə aid icra sənədləri üzrə borc məbləğləri həmin borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən aşağı məbləğdir. Bu icra sənədləri üzrə icra məmuru hər hansı tədbir görə bilmirsə onda həmin icra məmuru həmin vəzifəni icra etməməlidir. Ona görə də, tələbkar BOKT "xxxx" MMC Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 26 iyun 2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq şikayəti müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, həmin işlə bağlı Borclu tələbkar BOKT "xxxx" MMC-yə ödənilməli olan məbləğin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarla birlikdə bildirişlər göndərilmişdir. Eyni zamanda elektron icra informasiya sisteminə borclunun gəlir və əmlakının olması ilə bağlı sorğular göndərilmişdir. Borclunun yönəldiləcək gəlir və əmlakının müəyyən olunması ilə bağlı hal şahidlərinin iştirakı ilə ünvanına baxış keçirilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclunun ünvanına bildirişlər sadə və sifarişli zərflərlə göndərildiyi üçün borclunun bildirişi almasını təsdiq edəcək sənəd yoxdur. Qərar əsaslıdır və şikayətin təmin olunmamasını xahiş etmişdir. İcra sənədi üzrə borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir.Məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-5058 nömrəli icra qeydindən görünür ki, həmin icra qeydinə əsasən Borclu BOKT "xxxx" MMC-nin xeyrinə 65.75 manat borc, 39.25 manat cərimə, 25 manat dövlət rüsumu, cəmi 130 manat məbləğində pul tutulmalıdır İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Saatlı rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-5058 nömrəli icra qeydinə əsasən icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin tarixdə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşdə olan Elektron icra İnformasiya sistemindən çıxarışdan görünür ki, borclunun adında hər hansı əmlakı yoxdur. İşdə olan xx.xx.2024-cü tarixli Aktdan görünür ki, yaşayış yerində borcluya məxsus hər hansı bir əmlak aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Saatlı rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-5058 nömrəli icra qeydi tələbkara qaytarılmışdır. Məhkəmə tələbkar BOKT "xxxx" MMC-nin şikayətini və iş materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli və Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə 26 iyun 2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.1.3-cü maddəsinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra sənədinin qaytarılması haqqında qərarının qəbulundan əvvəl borclunun əmlak vəziyyətinin yoxlanılmasına dair yalnız elektron sistem vasitəsi ilə sorğu göndərilmiş, digər əmlak və gəlirlərinin olub-olmaması barədə müvafiq qurumlara sorğular göndərilməmiş, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən qəbul edilməsi, borclunun icra şöbəsinə dəvət edilərək izahatının alınması və ya izahat verməkdən imtina etməsi barədə müvafiq aktın tərtib edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin icra işinə baxış keçirilərkən müəyyən olundu ki, Saatlı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Ceyhun Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Borclu əmlak vəziyyətinin yoxlanılması barədə akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış və bu barədə tələbkara məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığına və onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyinə əsaslanaraq icra sənədinin qaytarılması barədə qərar qəbul etsə də, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq həmin hal(lar)ı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Məhkəmə qeyd edilənlərə əsasən, şikayət təmin edilməli və icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC-nin şikayəti təmin edilməli, Saatlı rayon Notariat ofisi tərəfindən verilmiş 8İ- 5058 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 26 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: BOKT "xxxx" MMC-nin şikayəti təmin edilsin. Saatlı rayon Notariat ofisinin 8İ-5058 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 26 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar