Məhkəmə qərarları › İş №8(055)-134/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-134/2024

19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-134/2024 19.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 saylı, 03 may 2023-cü il tarixli, icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 saylı, 03 may 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1200 manat pul vəsaiti tutularaq tələbkar X6 verilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 saylı, 03 may 2023-cü il tarixli icra sənədinə əsasən Borclu müvafiq olaraq 1200 manat məbləğində pul tutularaq X5 xeyrinə, ödənilməlidir. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədləri üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkarlara ödənilmədiyindən icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 1200 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 04 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi 04 iyul 2023-cü il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 04 iyul 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 2(055)-275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 2(055)- 275/2023 saylı, 03 may 2023-cü il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1976-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonunun Soltanabad kəndində qeydiyyatda olan və yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar