Məhkəmə qərarları › İş №8(055)-136/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-136/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-136/2024 30.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)- 1066/2023 saylı icra sənədi üzrə Borclu Saatlı rayon İcra vo Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(106)- 1386/2022 saylı icra vərəqəsinə əsasən, Borclu 3702,95 manat məbləğində pul alınaraq «X4» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)- 1066/2023 saylı icra sənədinin surətindən görünür ki, Borclu 3702,95 manat məbləğində pul alınaraq «X4» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 08 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)-1066/2023 saylı icra sənədi 08 yanvar 2024-cü il tarixdə Saatlı Rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 08 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)-1066/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)-1066/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(055)-1066/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonunun Sarıcalar kəndində qeydiyyatda olan və yaşayan Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar