Məhkəmə qərarları › İş №8(055)-138/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-138/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-138/2024 21.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına qeydiyyatda olan **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlundan 8110.66 manat əsas borc, 839.69 manat faiz borcu, cəmi 8950.35 manat və ödənilmiş 109.50 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlundan 8110.66 manat əsas borc, 839.69 manat faiz borcu, cəmi 8950.35 manat və ödənilmiş 109.50 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə icra sənədi icra olunması üçün 03 may 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin daxil olduğu gün icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobil qeydiyyata alınmışdır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)- 73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına qeydiyyatda olan **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlundan 8110.66 manat əsas borc, 839.69 manat faiz borcu, cəmi 8950.35 manat və ödənilmiş 109.50 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 03 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədi 03 may 2024-cü il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 03 may 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğluna bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlundan 8110.66 manat əsas borc, 839.69 manat faiz borcu, cəmi 8950.35 manat və ödənilmiş 109.50 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına qeydiyyatda olan **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(055)-73/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına qeydiyyata alınmış **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonunun Bəylər kəndində qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü borclu Atakişiyev (Eminzadə) Namin Əmin oğlunun adına qeydiyyata alınmış **-HO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar