Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-139/2025 13.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 8(055)-44/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)-197/2021 saylı məhkəmə əmrinə əsasən Borclu 845,38 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 8(055)-44/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək Saatlı Rayon Məhkəməsinin 8(055)-44/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruzov Həsən təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)- 197/2021 saylı məhkəmə əmrinə əsasən cavabdeh Borclu 845,38 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qeyd olunan icra qeydi üzrə Borclu barəsində olan icra qeydinin icrasını təmin etmədiyindən məcburi icra tədbirləri keçirilərək borclunun mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Saatlı Rayon Məhkəməsinin 8(055)-44/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonradan məcburi icra tədbirləri nəticəsində icra qeydində nəzərdə tutulmuş tələb tam şəkildə təmin edilmiş və tələbkar "xxxx" MMC Saatlı rayon İcra və Probasiya şöbəsinə xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)-197/2021 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)-197/2021 saylı iş üzrə Borclu borcunu tam şəkildə ödəmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-44/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-139/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-139/2025
13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver