Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-141/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5792/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “Mersedes Benz 1843LS yük” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5792/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 6951,41 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “Mersedes Benz 1843LS yük ” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5792/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 6951,41 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2016-cı il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu Saatlı şəhəri A.Səhhət küçəsi ev 26 ünvanında qeydiyyyatda olan və yaşayan Borclu göndərilmişdir. Lakin, Borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, borclu tərəfindən qismən ödəniş olsa da, tam olaraq ödəniş həyata keçirilməmişdir. Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. Bank tərəfindən Saatlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktunda Borclu nun borcunun 1866 Abş dolları göstərilməsi texniki səhv olaraq qeyd olunmuşdur. Borclu hazırda banka 2.050,88 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərdi ki, o borcunun çox hissəsini ödəmiş, hazırda banka təxminən 1500 ABŞ dolları borcu qalmışdır. Üzərinə həbs qoyulmuş avtomobil ailə üzvlərinin yeganə qazanc mənbəyidir. Qeyd edilən avtomobillə işləyərək ailə üzvlərini dolandırır, həmçinin banka olan borcunu ödəyir. Avtomobilin təxminən 90.000 manat qiyməti vardır. 1500 ABŞ dolları borca görə yüksək dəyərdə olan avtomobilin üzərinə həbs qosyulması ədalətsizdir. Ona görə də təqdimatın təmin edilməməsini xahiş etdi. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5792/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 6951,41 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “Mersedes Benz 1843LS yük ” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5792/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 6951,41 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir Qeyd olunan icra sənədinin icarsı ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan “Mersedes Benz 1843LS yük ” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək icra işini və təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər, hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğə mütənasib əmlakının olub-olmadığının aydınlaşdırıldığı göstərilməmiş, bunu təsdiq edən sübutlar təqdimata əlavə edilməmiş, cəmi 2.050,88 ABŞ dolları təşkil edən borc məbləğinə görə dəyəri yüksən olan avtomobilin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetməmişdir. Bundan başqa, əmlak üzərinə həbs qoyulması həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını da özündə əks etdirdiyindən hazırki iş üzrə avtomobilin üzərinə həbs qoyulması mülkiyyətçinin öz mülkiyyətində olan avtomobildən istifadə etməsinin də qadağan edilməsini özündə ehtiva etməkdədir. Yeganə qazanc yeri olan avtomobildən istifadənin də qadağan edilməsi mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun tam məhdudlaşmasına səbəb olur ki, bu da məqsədəmüvafiq hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, Borclu adına qeydiyyata alınmış “Mersedes Benz 1843LS yük ” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. xx xxxxxx 1991-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu adına qeydiyyata alınmış “Mersedes Benz 1843LS yük ” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-141/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-141/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver