Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-143/2025 30.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-197/2023 saylı icra sənədi üzrə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-197/2023 saylı icra sənədinə əsasən Borclu 43870 manat və 225 manat ödənilmiş dövlət rüsumu, cəmi 44095 manat pul alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Təqdimata nə sözügedən qərar, nə qərarın surətinin borcluya göndərilməsi barədə məktub, nə də həmin məktubun borcluya çatdırılması barədə təqdimata heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olubolmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqi barədə məlumatların (bildirişlərin) aydın formada borcluya çatdırılması vacibdir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunmamış, həmçinin həmin sənədlərin borcluya çatdırılması barədə icra məmuru məhkəməyə sübut təqdim etməmişdir. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin borcluya çatdırılmaması deməkdir və borclu barəsində tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab vermir. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə qərar ona qanunla müəyyən edilmiş qaydada göndərilmədiyindən və həmin qərardan borlunun qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna şərait yaradılmadığından təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-143/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-143/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver