Məhkəmə qərarları › İş №8(055)-150/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-150/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-150/2025 10.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-853/2024 saylı icra sənədi üzrə Borclu Saatlı rayon İcra vo Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-853/2024 saylı icra vərəqəsinə əsasən, cavabdeh Borclu 6000 manat məbləğində borc və 80 manat dövlət rüsumu, cəmi 6080 manat alınaraq iddiaçı Tələbkar verilsin. İcra sənədi xx.xx.2024-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Belə ki, iş materiallarından görünü ki, icra məmuru tərəfindən borclunun məcburi gətirməsi barədə qərar qəbul edilsə də, həmin qərarın borcluya göndərilməsi barədə təqdimata heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olubolmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqi barədə məlumatların (bildirişlərin) aydın formada borcluya çatdırılması vacibdir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunmamış, həmçinin həmin sənədlərin borcluya çatdırılması barədə icra məmuru məhkəməyə sübut təqdim etməmişdir. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin borcluya çatdırılmaması deməkdir və borclu barəsində tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab vermir. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə qərar ona qanunla müəyyən edilmiş qaydada göndərilmədiyindən və həmin qərardan borlunun qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna şərait yaradılmadığından təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar