Məhkəmə qərarları › İş №8(055)-152/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-152/2024

18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-152/2024 18.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2619.74 manat alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2619.74 manat alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə borcluya bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə əlaqədar bildirişləri almasına baxmayaraq icra sənədi üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də onun çağırışlarına gəlməmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərardadın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra sənədinin surətindən görünür ki, Borclu 2619.74 manat alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi icraata qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar