Məhkəmə qərarları › İş №8(055)-152/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-152/2025

17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-152/2025 17.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Tələbkar QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 8(055)-275/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “X10 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və "xxxx" MMC-dən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 8(055)-275/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “X10 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək Saatlı Rayon Məhkəməsinin 8(055)-275/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “X10 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruzov Həsən təqdimatını onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və "xxxx" MMC-dən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nə verilsin. Qeyd olunan icra qeydi üzrə Borclu barəsində olan icra qeydinin icrasını təmin etmədiyindən məcburi icra tədbirləri keçirilərək borclunun mülkiyyətində olan “X10 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Saatlı Rayon Məhkəməsinin 8(055)-275/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonradan məcburi icra tədbirləri nəticəsində icra qeydində nəzərdə tutulmuş tələb tam şəkildə təmin edilmiş və tələbkar "xxxx" MMC Saatlı rayon İcra və Probasiya şöbəsinə xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar QSC-nin nümayəndəsi X2 təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci saylı iş üzrə Borclu borcunu tam şəkildə ödəmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-275/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “X10 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “X10 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar