Məhkəmə qərarları › İş №8(055)-153/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-153/2024

11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-153/2024 11.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh Borclu 1802.90 manat əsas borc, 246 manat faiz borcu, 10.52 manat cərimə borcu, cəmi 2059(iki min sıfır əlli doqquz) manat 42(qırx iki) qəpik pul və iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat 60(altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 1802.90 manat əsas borc, 246 manat faiz borcu, 10.52 manat cərimə borcu, cəmi 2059(iki min sıfır əlli doqquz) manat 42(qırx iki) qəpik pul və iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat 60(altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə icra sənədi icra olunması üçün 04 iyul 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin daxil olduğu gün icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobil qeydiyyata alınmışdır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)- 554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 1802.90 manat əsas borc, 246 manat faiz borcu, 10.52 manat cərimə borcu, cəmi 2059(iki min sıfır əlli doqquz) manat 42(qırx iki) qəpik pul və iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat 60(altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 04 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)- 554/2024 saylı qətnaməsi üzrə verilmiş icra sənədi 04 iyul 2024-cü il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 04 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1802.90 manat əsas borc, 246 manat faiz borcu, 10.52 manat cərimə borcu, cəmi 2059(iki min sıfır əlli doqquz) manat 42(qırx iki) qəpik pul və iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat 60(altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(055)-554/2024 saylı qətnaməsi üzrə verilmiş 04 iyul 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan, xx.xx.1997-ci il təvəllüdlü Borclu adına qeydiyyata alınmış **-CH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar