Məhkəmə qərarları › İş №8(055)-156/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-156/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-156/2025 21.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1869/2024-003 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1869/2024-003 saylı icra sənədinə əsasən Borclu hər ay hər uşağa görə 150 manat, cəmi 450 manat məbləğində sait pul məbləğində aliment alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatın dəlillərinə uyğun izahat verərək göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1869/2024-003 saylı icra sənədinə əsasən 12 dekabr 2018-ci ildə anadan olmuş X7, 23 may 2020-ci ildə anadan olmuş X4 və 16 mart 2022-ci ildə anadan olmuş X11 adlı uşaqların saxlanması üçün iddiaçı Borclu hər uşaq üçün 150 manat, ümumilikdə isə 450 manat pul alınaraq cavabdeh X6 verilməlidir. Alimentin tutulmasının əvvəli 12 dekabr 2018-ci ildə anadan olmuş X7, 23 may 2020-ci ildə anadan olmuş X4 və 16 mart 2022-ci ildə anadan olmuş X8 atası – iddiaçı Borclu alınıb anası – cavabdeh X6 verildiyi vaxtdan hesablanılmalıdır. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədləri üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkarlara ödənilmədiyindən icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1869/2024-003 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan və yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar