Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-159/2024 12.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 16(055)-15/2024 saylı icra sənədinə əsasən 17 avqust 2008-ci ildə doğulmuş Zeynab, 10 yanvar 2010-cu ildə doğulmuş Zəhra və 01 yanvar 2014-cü ildə doğulmuş Fəqan adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 100 manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 16(055)- 15/2024 saylı icra sənədinə əsasən 17 avqust 2008-ci ildə doğulmuş Zeynab, 10 yanvar 2010-cu ildə doğulmuş Zəhra və 01 yanvar 2014-cü ildə doğulmuş Fəqan adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 100 manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Həmin icra sənədi 12 avqust 2024-cü il tarixində Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə borcluya bildirişlər göndərilmişdir. Borclu tələbin icrası ilə əlaqədar bildirişi almasına baxmayaraq, icra sənədi üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 16(055)-15/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 16(055)-15/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 16(055)-15/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı rayonu Dəllər kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1985-ci il təvəllüdlü Umudov X5 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonu Dəllər kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1985-ci il təvəllüdlü Umudov X5 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-159/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-159/2024
12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver