Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-169/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-38/2023 saylı 13 yanvar 2023-cü il tarixli qətnaməsinin izah olunmasına dair Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(055)-38/2023 saylı 13 yanvar 2023-cü il tarixli qətnaməsinin hansı qaydada icra olunmasına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-38/2023 saylı icra sənədinə əsasən tələbkara məxsus 1 ədəd 150 manat dəyərində kravat, 2 ədəd 40 manat dəyərində balış və ya olmadıqda onların dəyəri və birgə nikah dövründə əldə edilmiş 1 ədəd 20 manat dəyərində iki gözlü qaz piltesi, 1 ədəd 100 manat dəyərində əlavə stol, 160 manat dəyərində xlaça, 1 ədəd 90 manat dəyərində susler sobası, 1 ədəd 150 manat dəyərində kravat, 1 ədəd 100 manat dəyərində paltaryuyan maşın, və 3 otaq üçün və 1 zal üçün 700 manat dəyərində pərdələrin dəyərinin yarısı borclu X1 alınıb tələbkar X6 verilməlidir. Qeyd edilən icra işi xx.xx.2024-cü il tarixdə icraata başlanmış icra sənədi üzrə tələbin təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə icra tədbiri təyin olunmuş icra zamanı icra vərəqəsində adları qeyd edilən əşyalar olmasına baxmayaraq tələbkar X7 həmin əşyları götürməkdən imtina etmiş və şöbəyə ərizəylə müraciət edərək əşyaların ona məxsus olmadığını bildirmişdir. Əlavə olaraq iş üzrə borclu X3 xx.xx.2024-cü il tarixdə izahatı alınmış O, izahatında həmin əşyaların tələbkar X6 məxsus olduğunu bildirərək və icra vərəqəsində qeyd olunan əşyalar həmin əşyalar olduğunu bildirmişdir. İcra vərəqəsində həmin əşyaların hansı ölçüdə hansı rəngdə və digər ölçüləri qeyd olunmadığından icra işinin icrasında mürəkkəblik yaranmışdır. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 ərizənin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-38/2023 saylı qətnaməsi ilə iddiaçı X6 məxsus 1 ədəd 150 manat dəyərində kravat, 2 ədəd 40 manat dəyərində balış və ya olmadıqda onların dəyəri və birgə nikah dövründə əldə edilmiş 1 ədəd 20 manat dəyərində iki gözlü qaz piltesi, 1 ədəd 100 manat dəyərində əlavə stol, 160 manat dəyərində xlaça, 1 ədəd 90 manat dəyərində susler sobası, 1 ədəd 150 manat dəyərində kravat, 1 ədəd 100 manat dəyərində paltaryuyan maşın, və 3 otaq üçün və 1 zal üçün 700 manat dəyərində pərdələrin dəyərinin yarısı borclu X1 alınıb tələbkar X6 verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, onun izah edilməsinə zərurət yoxdur. Belə ki, qətnamənin nəticə hissəsində iddiaçı X6 məxsus 1 ədəd 150 manat dəyərində kravat, 2 ədəd 40 manat dəyərində balış və ya olmadıqda onların dəyəri və birgə nikah dövründə əldə edilmiş 1 ədəd 20 manat dəyərində iki gözlü qaz piltesi, 1 ədəd 100 manat dəyərində əlavə stol, 160 manat dəyərində xlaça, 1 ədəd 90 manat dəyərində susler sobası, 1 ədəd 150 manat dəyərində kravat, 1 ədəd 100 manat dəyərində paltaryuyan maşın, və 3 otaq üçün və 1 zal üçün 700 manat dəyərində pərdələrin dəyərinin yarısı borclu X1 alınıb tələbkar X6 verilməsi dəqiq göstərilməklə icra şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, qətnamə üzrə cavabdehdən alınıb iddiaçıya verilməli olan əşyaların hər hansı bir fərdi əlamətləri olmadığından qeyd edilən qətnaməyə izah verilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Saatlı Rayon Məhkəməsinin 2(055)-38/2023 saylı 13 yanvar 2023-cü il tarixli qətnaməsinin izah olunmasına dair Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 ərizəsitəmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-169/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-169/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver