Məhkəmə qərarları › İş №8(055)-176/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-176/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-176/2025 25.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi X6 oglunun iştirakı ilə Ərizəçi X6 oglunun Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-611/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi X6 oglu ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-611/2024 nömrəli qətnaməsinə əsasən tutulan hər bir uşaq ücün 30 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.0869 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 oglu ərizəni müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-611/2024 saylı qətnaməsi ilə 07 iyun 2009-cu ildə doğulmuş X4, 19 yanvar 2011-ci ildə doğulmuş X5 və 28 may 2013cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 30 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçi X1 xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, bir uşağa görə təyin edilmiş 30 manat sabit pul məbləğində alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,0869 mislini təşkil etdiyindən (30:345=0,0869), hazırda bir uşağa görə hər ay tutulan alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,0869 misli həddində indeksasiya olunması (400x0,0869=34) barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-611/2024 saylı qətnaməsindən görünür ki, 07 iyun 2009-cu ildə doğulmuş X4, 19 yanvar 2011-ci ildə doğulmuş X5 və 28 may 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 30 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,48 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)- 41/2024 aylı qətnaməsinə əsasən ilə 07 iyun 2009-cu ildə doğulmuş X4, 19 yanvar 2011-ci ildə doğulmuş X5 və 28 may 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər bir uşağa görə hər ay tutulan 30 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.0869 misli (30:345=0.0869) həddində indeksasiya olunmalı, indeksasiya edilmiş 34 manat (400x0,0869=34) sabit pul məbləğində alimentin tutulması qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-611/2024 saylı qətnaməsinə əsasən 07 iyun 2009-cu ildə doğulmuş X4, 19 yanvar 2011-ci ildə doğulmuş X5 və 28 may 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər bir uşağa görə tutulan 34 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,0869 misli həddində indeksasiya olunaraq hər bir uşaq üçün sonrakı artımlar da nəzərə alınmaqla alınaraq X1 xeyrinə ödənilsin. İndeksasiya edilmiş alimentin məbləğinin alınmasına qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar