Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-182/2025 11.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(001)- 3770/2024 saylı qətnaməsi üzrə verilmiş 04 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(001)- 3770/2024 saylı qətnaməsi üzrə verilmiş 04 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 08 may 2024-cü il tarixdən başlayaraq 26 iyun 2009-cu il təvəllüdlü X1 və 28 mart 2012-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 08 may 2024-cü il tarixdən başlayaraq 26 iyun 2009-cu il təvəllüdlü X1 və 28 mart 2012-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2024cü il tarixli icra sənədi 09 sentyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş Borclu göndərilmiş, lakin borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(001)-3770/2024 saylı qətnaməsi üzrə verilmiş 04 sentyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 08 may 2024-cü il tarixdən başlayaraq 26 iyun 2009-cu il təvəllüdlü X1 və 28 mart 2012-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(001)-3770/2024 saylı qətnaməsi üzrə verilmiş 04 sentyabr 2024-cü il tarixli icra sənədi 09 sentyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır və 04 sentyabr 2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(001)-3770/2024 saylı qətnaməsi üzrə verilmiş 04 sentyabr 2024-cü il tarixli icra sənədini tam icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1979-cu il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-182/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-182/2025
11.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver