Məhkəmə qərarları › İş №8(055)-184/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-184/2025

10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-184/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)- 2532/2023 saylı qətnaməsi üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədi üzrə borclu X4 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)- 2532/2023 saylı qətnaməsi üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədinə borclu X2 07 avqust 2023-cü il tarixdən başlayaraq 27 mart 2016-cı il təvəllüdlü X8 və 25 noyabr 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanilmaları üçün hər ay 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatını onunla əsaslandırmışdır ki, borclu X2 07 avqust 2023-cü il tarixdən başlayaraq 27 mart 2016-cı il təvəllüdlü X8 və 25 noyabr 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli icra sənədi 04 mart 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş borclu X5 göndərilmiş, lakin borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Hazırki vaxtadək borclu X9 tərəfindən tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı qətnaməsi üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, borclu X2 07 avqust 2023-cü il tarixdən başlayaraq 27 mart 2016cı il təvəllüdlü X8 və 25 noyabr 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı qətnaməsi üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədi 04 mart 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır və 22 dekabr 2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclu X9 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı qətnaməsi üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədini tam icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1985-ci il təvəllüdlü, Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar