Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-19/2025 14.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan «MERCEDES BENZ 220 MİNİK» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,18 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan «MERCEDES BENZ 220 MİNİK» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,18 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, Borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,18 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Lakin icra sənədi verilən vaxtdan xx.xx.2025ci il tarixədək olan müddətdə ona borcu barədə icra məmuru tərəfindən məlumat verilməmiş, icra şöbəsinə dəvət edilməmiş, borcun ödənilməsi barədə bildiriş almamış, ilk dəfə xx.xx.2025-ci il tarixdə icra şöbəsinə çağrılmışdır. İcra şöbəsinə çağrılan kimi dərhal da borcundan 50 manat ödəmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Ona görə də təqdimatın təmin edilməməsini xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,18 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına «MERCEDES BENZ 220 MİNİK» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında icra işi öyrənilməklə müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,18 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilsə də, borclu məhkəmə baxışı zamanı verdiyi izahatında belə bir bildiriş almadığını, ümumiyyətlə icra sənədi verilən vaxtdan xx.xx.2025-ci il tarixədək olan müddətdə ona borcu barədə icra məmuru tərəfindən məlumat verilmədiyi, icra şöbəsinə dəvət edilmədiyi, ilk dəfə xx.xx.2025-ci il tarixdə icra şöbəsinə çağrıldığı, dərhal da borcundan 50 manat ödədiyini göstərmişdir. İcra işi nəzərdən keçirilərkən də icra sənədi verildiyi tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddət ərzində zəruri icra hərəkətlərinin aparılmadığı, borcluya göndərilmiş tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən alınmasını təsdiq edən sənədin mövcud olmadığı, icra sənədi verilən vaxtdan xx.xx.2025-ci il tarixədək olan müddətdə borclunun izahatının alınmadığı, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə diqqətə çatdırır ki, əmlak üzərinə həbs qoyulması həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını da özündə əks etdirdiyindən hazırki iş üzrə avtomobilin üzərinə həbs qoyulması mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun tam məhdudlaşmasına səbəb olur ki, bu da məqsədəmüvafiq hesab oluna bilməz. Lakin tələbkarın da hüquq və mənafelərinin müdafiəsi baxımından məhkəmə hesab edir ki, hazırki halda təqdimat qismən təmin edilərək Borclu adına qeydiyyata alınmış «MERCEDES BENZ 220 MİNİK» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyata alınmış «MERCEDES BENZ 220 MİNİK» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-19/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-19/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver