Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-192/2024 03.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1292/2023 saylı icra sənədi üzrə borclu Əliyev X5 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1292/2023 saylı icra vərəqəsinə əsasən, Borclu 1027,71 manat məbləğində pul alınaraq «X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1292/2023 saylı icra sənədinin surətindən görünür ki, Borclu 1027,71 manat məbləğində pul alınaraq «X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1292/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1292/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə BorcluSaatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonunun Soltanabad kəndində qeydiyyatda olan və yaşayan Əliyev X5 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-192/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-192/2024
03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver