Məhkəmə qərarları › İş №8(055)-196/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-196/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-196/2025 16.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Qərarından şikayət verilmiş Cavabdeh icra məmuru X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)-357/2024 nömrəli icra sənədinin qaytarılması haqqında Cavabdeh icra məmuru X2 25 sentyabr 2025-ci il tarixli qərarından tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar "xxxx" QSC Cavabdeh icra məmuru X2 25 sentyabr 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin e-2(055)- 357/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı ilə Borclu "xxxx" QSC-nin xeyrinə ümumilikdə 179.90 manat tutulması qət edilmiş və məhkəmə qərarı icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Cavabdeh tərəfindən icra sənədi “İcra Haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsaslanaraq geri qaytarılmış, lakin bu barədə iddiaçıya rəsmi hər hansı məlumat verilməmişdir. “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Lakin Cavabdeh icra məmuru X3 icra tedbirlərini görməmiş və icra sənədinin geri qaytarılması barədə iddiaçıya rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Cavabdeh icra məmuru X3 izahatında bildirmişdir ki, həmin işlə bağlı Borclu tələbkar "xxxx" QSC-yə ödənilməli olan məbləğin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarla birlikdə bildirişlər göndərilmişdir. Eyni zamanda elektron icra informasiya sisteminə borclunun gəlir və əmlakının olması ilə bağlı sorğular göndərilmişdir. Borclunun yönəldiləcək gəlir və əmlakının müəyyən olunması ilə bağlı hal şahidlərinin iştirakı ilə ünvanına baxış keçirilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclunun ünvanına bildirişlər sadə və sifarişli zərflərlə göndərildiyi üçün borclunun bildirişi almasını təsdiq edəcək sənəd yoxdur. Qərar əsaslıdır və şikayətin təmin olunmamasını xahiş etmişdir. Borclu və tələbkar "xxxx" QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu və tələbkar "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)-357/2024 nömrəli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Borclu "xxxx" QSC-nin xeyrinə 130 manat əsas borc, 19.50 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 179.90 manat məbləğində pul tutulmalıdır İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)-357/2024 nömrəli icra sənədinə əsasən icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin tarixdə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşdə olan Elektron icra İnformasiya sistemindən çıxarışdan görünür ki, borclunun adında hər hansı əmlakı yoxdur. İşdə olan 17.0.2025-ci tarixli Aktdan görünür ki, yaşayış yerində borcluya məxsus hər hansı bir əmlak aşkar edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)-357/2024 nömrəli icra sənədi Saatlı Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə tələbkar "xxxx" QSC-nin şikayətini və iş materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli və Cavabdeh icra məmuru X2 Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə 25 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.1.3-cü maddəsinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh icra sənədinin qaytarılması haqqında qərarının qəbulundan əvvəl borclunun əmlak vəziyyətinin yoxlanılmasına dair yalnız elektron sistem vasitəsi ilə sorğu göndərilmiş, digər əmlak və gəlirlərinin olub-olmaması barədə müvafiq qurumlara sorğular göndərilməmiş, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən qəbul edilməsi, borclunun icra şöbəsinə dəvət edilərək izahatının alınması və ya izahat verməkdən imtina etməsi barədə müvafiq aktın tərtib edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin icra işinə baxış keçirilərkən müəyyən olundu ki, Cavabdeh icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Borclu əmlak vəziyyətinin yoxlanılması barədə akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış və bu barədə tələbkara məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığına və onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyinə əsaslanaraq icra sənədinin qaytarılması barədə qərar qəbul etsə də, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq həmin hal(lar)ı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Məhkəmə qeyd edilənlərə əsasən, şikayət təmin edilməli və icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" QSC-nin şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(055)-357/2024 nömrəli icra sənədinin qaytarılması barədə Cavabdeh icra məmuru X2 25 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: "xxxx" QSC-nin şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(055)-357/2024 nömrəli icra sənədinin qaytarılması barədə Cavabdeh icra məmuru X2 25 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar