Məhkəmə qərarları › İş №8(055)-2/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-2/2024

26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-2/2024 26.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, X1, Tələbkar iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 1100 manat pul, ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat vəkil xidmət haqqı, cəmi 1200 manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcludur. Hazırda işləmir və imkansızlıq səbəbindən icra sənədini bir dəfəyə icra etmək imkanı yoxdur. Lakin Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)- 275/2023 saylı qətnaməsinin icrasından boyun qaçırmır. Tələbkarla razılıq əldə etmişdir və ən qısa vaxtda icra sənədini icra edəcəkdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar ərizə təqdim edərək Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrasına 3 ay möhlət verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 ərizənin təmin edilib-edilməmə məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını biıdirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-231.2-ci maddələrinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu tərəfindən icra sənədinin icrasından yayınmaq hallarının olması mövcud deyil. Borclu tərəfindən borcun tam şəkildə ödənilməməsi sonuncunun maddi imkanının olmaması ilə əlaqədardır və tərəflər icra sənədinin icrasına möhlət verilməsi barədə öz aralarında razılıq əldə etmişlər. Ona görə də Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair X1 ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Ərizə təmin olunsun. Saatlı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(055)-275/2023 saylı qətnaməsinin icrası üçün X2na 3(üç) ay möhlət verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar