Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-204/2025 12.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Ərizəçi Tələbkar Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsinə əsasən uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün tutulan sabit pul məbləğində alimentin məbləğinin hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli hissəsində (320 manat məbləğində) indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsinə əsasən uşaqları - xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay, hər uşağa görə sabit pul məbləğində 100 manat, ümumilikdə 200 manat məbləğində aliment tutulmuşdur. Hazırda həmin aliment məbləği uşağın gündəlik xərclərinə və normal qidalanmasına kifayət etmir. Belə ki, 2020-ci ildə minimum əmək haqqı 250 manat olmuşdur. Bu o deməkdir ki, cavabdehdən tutulan aliment məbləği 2020-ci ildə müəyyən edilmiş minimum əmək haqqının 0,8 mislini təşkil edir. Hazırda isə “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum əmək haqqının məbləği 2025-ci il yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Bu o deməkdir ki, alimentin indeksasiyası (400 x 0,8 = 320 manat) hazırda qüvvədə olan minimum əmək haqqına müvafiq olaraq 320 manat müəyyən edilməlidir. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə Tələbkar və Borclu iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh Borclu qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxılmış və iddia təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə ərizəsi üzrə işə xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı məhkəmə qətnaməsini qəbul etmiş və onun icrasına nəzarət edən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğundan həmin ərizəyə Saatlı Rayon Məhkəməsində baxılaraq təmin edilə bilməz. Ərizəçiyə izah edilməlidir ki, alimentin indeksasiyası ilə bağlı məhkəmə qətnaməsini qəbul etmiş və onun icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, ərizəçi Tələbkar ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi Tələbkar Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1752/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə ərizəsi təmin edilməsin. Ərizəçiyə izah olunsun ki, alimentin indeksasiyası ilə bağlı məhkəmə qətnaməsini qəbul etmiş və onun icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-204/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-204/2025
12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver