Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-213/2025 21.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi əsasında verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi üzrə verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1907,50 manat əsas borc, 533,74 manat faiz borc, 89,95 manat cərimə, cəmi 2531,19 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,32 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 491 manat əsas borc, 161,89 manat faiz borc, 12,64 manat cərimə, cəmi 665,53 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 1907,50 manat əsas borc, 533,74 manat faiz borc, 89,95 manat cərimə, cəmi 2531,19 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,32 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli icra sənədi 23 avqust 2023-cü il tarixdə və Borclu 491 manat əsas borc, 161,89 manat faiz borc, 12,64 manat cərimə, cəmi 665,53 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü il tarixli icra sənədi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildirişlər Borclu göndərilmiş, lakin borclu icra sənədlərinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələblər ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin əmlaka yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi üzrə verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 1907,50 manat əsas borc, 533,74 manat faiz borc, 89,95 manat cərimə, cəmi 2531,19 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,32 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi üzrə verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədi 23 avqust 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 23 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi üzrə verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü tarixli icra sənədindən görünür ki, Borclu 491 manat əsas borc, 161,89 manat faiz borc, 12,64 manat cərimə, cəmi 665,53 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü tarixli icra sənədi 06 aprel 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 06 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)-667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(055)-627/2023 saylı qətnaməsi üzrə verilmiş 21 avqust 2023-cü il tarixli icra sənədini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)- 667/2023 saylı qətnaməsi üzrə verilmiş 24 fevral 2023-cü tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxx 1982-ci il təvəllüdlü, Saatlı rayonu Qırağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-213/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-213/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver