Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-23/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-34/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyrimümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(055)-34/2024 saylı icra sənədinə əsasən Cavabdeh Borclu 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 19 qramlıq qızıl sep(bor) və ya dəyəri 2090 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 13 qramlıq qızıl bilərzik və ya dəyəri 1430 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 13 qramlıq qızıl üzük-sırğa dəsti və ya dəyəri 1430 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 5.5 qramlıq qızıl üzük və ya dəyəri 605 manat alınaraq iddiaçı X1 verilsin.İddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərci və 76 manat dövlət rüsumu, cəmi 126 (bir yüz iyirmi altı) manat cavabdeh Borclu alınaraq iddiaçı X1 verilməli, ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədləri üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkarlara ödənilmədiyindən icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Borclu və Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu və Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borclu Rzayev X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-34/2024 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Nabatkənd kəndində qeydiyyatda olan və yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-23/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-23/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver