Məhkəmə qərarları › İş №8(055)-231/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-231/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-231/2024 23.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-1419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu əmalkı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-1419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1970,10 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X3” ASC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “Hyundai Sonata” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını və həmin avtomobilin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 1419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1970,10 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X3” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə olan borcundan 200 manat ödəsə də, hazırda 1770,10 manat borcu qalmışdır. İcra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “Hyundai Sonata” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-1419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “Hyundai Sonata” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış “Hyundai Sonata” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar