Məhkəmə qərarları › İş №8(055)-232/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-232/2025

25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-232/2025 25.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Qərarından şikayət verilmiş Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-905/2025 nömrəli icra sənədinin qaytarılması haqqında Maraqlı şəxs icra məmuru X5 31 oktyabr 2025-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar MMC Maraqlı şəxs icra məmuru X5 31 oktyabr 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin e-2(055)- 905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən borclu X2 Tələbkar MMC-nin xeyrinə cəmi 521 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X7 həmin icra sənədini icra etməmişdir. Saatlı Rayon İcra vǝ Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzovun xx.xx.2025-ci il tarixli qərarına əsasən Saatlı Rayon Məhkəməsinin e-2(055)-905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görmərmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına asas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı Tələbkar MMC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X6 izahatında bildirmişdir ki, həmin işlə bağlı borclu X3 Tələbkar MMC-yə ödənilməli olan məbləğin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarla birlikdə bildirişlər göndərilmişdir. Eyni zamanda elektron icra informasiya sisteminə borclunun gəlir və əmlakının olması ilə bağlı sorğular göndərilmiş, borclunun yönəldiləcək gəlir və əmlakının müəyyən olunması ilə bağlı hal şahidlərinin iştirakı ilə ünvanına baxış keçirilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Hazırda icra işi arxivdə olduğundan məhkəməyə təqdim etmək mümkün olmamışdır. Qərar əsaslıdır və şikayətin təmin olunmamasını xahiş etmişdir. Tələbkar MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Tələbkar MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-905/2025 nömrəli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən X2 Tələbkar MMC-nin xeyrinə 446 manat əsas borc, 45 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 521 manat məbləğində pul tutulmalıdır İşdə olan 31 oktyabr 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-905/2025 nömrəli icra sənədi Saatlı Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə Tələbkar MMC-nin şikayətini və iş materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli və Maraqlı şəxs icra məmuru X5 Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə 31 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.1.3-cü maddəsinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. İcra işi məhkəməyə təqdim edilmədiyindən, Maraqlı şəxs icra sənədinin qaytarılması haqqında qərarının qəbulundan əvvəl borclunun əmlak vəziyyətinin yoxlanılmasına dair müvafiq orqanlara sorğu göndərilib-göndərilmədiyini, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən qəbul edilib-edilməməsini, borclunun icra şöbəsinə dəvət edilərək izahatının alınıb-alınmamasını və ya izahat verməkdən imtina etməsi barədə müvafiq aktın tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin icra işi məhkəməyə təqdim olunmadığından, Maraqlı şəxs icra məmuru X8 tərəfindən tərtib edilmiş borclu X3 əmlak vəziyyətinin yoxlanılması barədə akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunub-olunmamasını və bu barədə tələbkara məlumat verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır.. Məhkəmə qeyd edir ki, icra məmuru borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığına və onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyinə əsaslanaraq icra sənədinin qaytarılması barədə qərar qəbul etsə də, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq həmin hal(lar)ı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Məhkəmə qeyd edilənlərə əsasən, şikayət təmin edilməli və icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Tələbkar MMC-nin şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(055)-905/2025 nömrəli icra sənədinin qaytarılması barədə Maraqlı şəxs icra məmuru X5 31 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tələbkar MMC-nin şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-905/2025 nömrəli icra sənədinin qaytarılması barədə Maraqlı şəxs icra məmuru X5 31 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar