Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-234/2024 25.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Təqdimat verən şəxs Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 8(055)-106/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 3110 101 Minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 may 2023-cü il tarixdən başlayaraq hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 8(055)-106/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 3110 101 Minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında təqdimat verən şəxs Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4540 manat pulu tələbkar X2 tam ödəmişdir. Ona görə də, Saatlı Rayon Məhkəməsinin 8(055)-106/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan «QAZ 3110 101 » minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Borclu borcunu tam şəkildə ödəmişdir. Məhkəmə təqdimat verən şəxs Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-106/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “QAZ 3110 101 Minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “QAZ 3110 101 Minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-234/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-234/2024
25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver