Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-275/2024 02.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakı ilə, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)-332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “X6 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə M ü ə y y ə n e t d i: Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və "xxxx" MMC-dən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “X6 Minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2- 2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və "xxxx" MMCdən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, Borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərdi ki, icra sənədi üzrə borclu olduğunu etiraf edir. Maddi imkanı olmadığı üçün ödəniş edə bilmir. Yaxın zamanlarda borcunun bir qismini ödəyəcəkdir. Göstərilənlərə əsasən ona köməklik olunmasını xahiş edir. İşdə olan Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci i il tarixli icra sənədinə əsasən Borclu və "xxxx" MMC-dən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 26 iyul 2018-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi 09 yanvar 2019-cu il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 09 yanvar 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “X6 minik” markalı **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu və "xxxx" MMC-dən müştərək qaydada 6390 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icarsı ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına “X6 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(086)- 332/2018 saylı xx.xx.2018-ci tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “X6 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. XX.XX.1965-ci ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu Xanlar kəndində qeydiyyatda olan və yaşayan Borclu adına qeydiyyata alınmış “X6 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-275/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-275/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver