Məhkəmə qərarları › İş №8(055)-279/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-279/2024

13.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-279/2024 13.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 420 manat sabit pul məbləğində aliment alınıb X1 xeyrinə ödənilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 420 manat sabit pul məbləğində aliment alınıb X1 xeyrinə ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə borcluya bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə əlaqədar bildirişləri almasına baxmayaraq icra sənədi üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də onun çağırışlarına gəlməmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərardadın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra sənədinin surətindən görünür ki, Borclu hər ay 420 manat sabit pul məbləğində aliment alınıb X1 xeyrinə ödənilməlidir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü, Saatlı rayonunun Nərimankənd kəndində qeydiyyatda olan Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar