Məhkəmə qərarları › İş №8(055)-28/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-28/2024

13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-28/2024 13.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 X1 və onun nümayəndəsi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən cavabdeh X5 15000 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 manat dövlət rüsumu cəmi 15135 (on beş min yüz otuz beş) manat pul alınaraq iddiaçı X12 verilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən 15135 manat vəsaiti X12 ödəməlidir. Həmin borcdan 2024-cü ilin fevral ayında kredit götürərək 500 manatını ödəmişdir. Lakin qalan borcu tam ödəmək iqtidarında deyildir. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyildir və həmin pulu birdəfəyə ödəməyə imkanı yoxdur. İş tapacağı təqdirdə aldığı əmək haqqı ilə həmin borcu hissə-hissə ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2nun nümayəndəsi X7 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən X10 15135 manat vəsaiti X12 ödəməlidir. Lakin borclu heç bir yerdə işləmədiyindən onun həmin borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Borclu yaz-yay sezonunda iş taparaq aldığı əmək haqqı ilə borcu hissə-hissə ödəyə bilər. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən cavabdeh X5 15000 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 manat dövlət rüsumu cəmi 15135 (on beş min yüz otuz beş) manat pulun alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi 19 oktyabr 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədinin icraya yönəldilməsindən beş aya yaxın müddət keçdikdən sonra 2024-cü ilin fevral ayında 500 manat ödəniş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar X16 məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasını iş üzrə tələbkar X11 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh X5 15000 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 manat dövlət rüsumu, cəmi 15135 (on beş min yüz otuz beş) manat pulun alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsi əsasında verilmiş 11 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X5 15000 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135 manat dövlət rüsumu, cəmi 15135 (on beş min yüz otuz beş) manat pul alınaraq iddiaçı X12 verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, X2 tələbkar X12 500 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə məhkəmə qətnaməsinin qəbul edilməsindən və icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçdikdən sonra, yəni 29 fevral 2024-cü il tarixdə borclu tərəfindən tələbkara ödənilməli olan cəmi 15135 manat pul vəsaitindən yalnız 500 manat ödəniş edilmiş, qalan borc məbləği hazırkı vaxtadək ödənilməmişdir. Halbuki «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən borclunun tələbkara ödəməli olduğu cəmi 15135 manat pul vəsaitindən qətnamənin qəbul edilməsindən və icra sənədinin icraya yönəldilməsindən uzun müddət, yəni beş aya yaxın müddət keçdikdən sonra yalnız 2024-cü ilin fevral ayında 500 manat ödəməsi, həmin vaxtdan sonra isə heç bir ödəniş edilməməsi, həmçinin borclunun qətnamənin hissə-hissə icra olunması barədə qərar çıxarılsa da, tələbkara ödəməli olduğu borcunu iş tapacağı təqdirdə hissə-hissə ödəyəcəyini göstərməsi onun qətnamənin hissə-hissə icra olunacağı təqdirdə belə, mütəmadi olaraq ödəniş edəcəyinə əsaslı şübhə yaradır və buradan da görünür ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinə əsasən ödənilməli olan borcun hissəhissə ödənilməsinə razılıq verilməsi üçün ciddi əsas yoxdur. Həmçinin iş üzrə tələbkarın maddi vəziyyəti, qətnamənin hissə-hissə icrasının onun əmlak mənafeyinə təsiri ilə bağlı borclu tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə qətnamənin hissə-hissə icra edilməsi məsələsini həll edərkən tələbkarın əmlak mənafeyini də nəzərə almalıdır. Sadalananlardan görünür ki, borclunun məqsədi bu və ya digər yolla qanuni qüvvəyə minmiş məhkəmə qərarının (qətnaməsinin) icrasından yayınmaqdan ibarətdir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının təkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraldı: Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsi təmin edilməsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar