Məhkəmə qərarları › İş №8(055)-289/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-289/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-289/2024 09.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Saatlı rayon Məhkəməsinin 8(055)-186/2024 saylı 23 sentyabr 2024-cü il qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Borclu 489.73 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" ASC-nin (BOKT "xxxx" MMC) xeyrinə ödənilməlidir. Saatlı rayon Məhkəməsinin 8(055)-186/2024 saylı 23 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruz Həsənov məhkəməyə təqdimat verərək Saatlı rayon Məhkəməsinin 8(055)-186/2024 saylı 23 sentyabr 2024-cü il qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruz Həsənov təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ- 688 nömrəli icra qeydinə əsasən Borclu 489.73 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" ASC-nin (BOKT "xxxx" MMC) xeyrinə ödənilməlidir. Qeyd olunan icra qeydi üzrə Borclu barəsində olan icra qeydinin icrasını təmin etmədiyindən məcburi icra tədbirləri keçirilərək borclunun mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə Saatlı rayon məhkəməsinin 8(055)- 186/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Sonradan məcburi icra tədbirləri nəticəsində icra qeydində nəzərdə tutulmuş tələb tam şəkildə təmin edilmiş və tələbkar BOKT "xxxx" ASC Saatlı rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş BOKT "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-688 nömrəli icra qeydi üzrə Borclu borcunu tam şəkildə ödəmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-186/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar