Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-291/2024 19.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 8(055)-87/2024 saylı xx.xx.2024-cü il qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-183/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 782 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 8(055)-87/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək Saatlı Rayon Məhkəməsinin 8(055)-87/2024 saylı xx.xx.2024-cü il qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı rayon məhkəməsinin 2(055)-549 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 782 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə icraatda Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən məcburi icra tədbirləri keçirilərək borclunun mülkiyyətində olan "QAZ 3110 101" minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə Saatlı rayon məhkəməsinin 8(055)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Sonradan məcburi icra tədbirləri nəticəsində icra sənədində nəzərdə tutulmuş tələb tam şəkildə təmin edilmiş və Saatlı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024- cü il tarixli qərarına əsasən qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. İşə əlavə edilmiş icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu tərəfindən borc təm şəkildə ödənildiyindən Saatlı Rayon Məhkəməsinin 2(055)-183/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-87/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-291/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-291/2024
19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver