Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-296/2024 18.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Borclu iştirakı ilə Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2863 saylı icra qeydinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2883 saylı icra qeydinə əsasən Borclu 3195.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan «VAZ 21063 MİNİK» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2863 saylı icra qeydinə əsasən Borclu 3195.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. İcra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Borclu adına «VAZ 21063 MİNİK» markalı **- BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Ona görə də Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2883 saylı icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu X4 izahat verərək təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına «VAZ 21063 MİNİK» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə borclunu dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2863 saylı icra qeydindən görünür ki, Borclu 3195.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına «VAZ 21063 MİNİK» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2863 saylı icra qeydinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış «VAZ 21063 MİNİK» markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış «VAZ 21063 MİNİK» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-296/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-296/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver