Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-307/2024 28.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Abbasov Emil Qüdrət oğlunun katibliyi ilə, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Borclu əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Borclu əmlakı üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan, Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi Araz Hüseynov xx.xx.2024-cü il tarixində məktubla məhkəməyə müraciət edərək tələb tam təmin edildiyindən təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı, habelə icra şöbəsinin rəisi Araz Hüseynov xx.xx.2024-cü il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru tərəfindən təqdimatın baxılmadan geri qaytarılması barədə məhkəməyə müraciət daxil olduğundan borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimata baxıla bilməz və bu halda təqdimat geri qaytarılmalıdır. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununda hazırkı halda təqdimatın geri qaytarılması nəzərdə tutulmasa da, məhkəmə belə qənaətə gəlir ki, analogiya tətbiq edilməklə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq təqdimat geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun da bilavasitə bağlı olduğu Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində analogiyanın əsasları nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə şərh edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, icra şöbəsinin rəisi Araz Hüseynov təqdimatın geri qaytarılması barədə məktubla məhkəməyə müraciət etdiyindən təqdimat geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-307/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-307/2024
28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver