Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-309/2024 24.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(055)-662/2018 saylı icra sənədinə əsasən Borclu 108,2 ABŞ dollar icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq BOKT "xxxx" MMC-nin (BOKT "xxxx" ASC) xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(055)- 662/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadı əsasında Borclu adına qeydiyyata alınmış **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində Saatlı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(055)-662/2018 saylı icra sənədinin icrası tam təmin edilmiş və icra sənədi üzrə tələbkar BOKT "xxxx" ASC Saatlı Rayon İcra və Probasiya Şöbəsinə 15 noyabr 2024-cü il tarixli məktub ünvanlayaraq qeyd olunan icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadının surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(055)-662/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan BOKT "xxxx" ASC-nin 15 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(055)- 662/2018 saylı icra sənədi üzrə Borclu tələbkar BOKT "xxxx" ASC-yə olan borcunu tam ödəmişdir. Ona görə də, Saatlı Rayon İcra və Probasiya Şöbəsindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadı ilə Borclu adına qeydiyyata olan **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 8(055)-249/2024 saylı qərardadı ilə Saatlı rayonu Mircəlal kəndində yaşayan xx xxxxxx 1970-ci il təvəllüdlü Borclu adına qeydiyyata olan **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-309/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-309/2024
24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver