Məhkəmə qərarları › İş №8(055)-310/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-310/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-310/2024 27.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış «VAZ 21053 MİNİK» markalı, **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-HK-*** dövlət qeydiyyat nişanlı «VAZ 21053 MİNİK» markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-HK-*** dövlət qeydiyyat nişanlı «VAZ 21053 MİNİK» markalı avtomobilin üzərinə həbs qoyulmuşdur.Həyata keçirilmiş icra tədbirləri nəticəsində icra sənədinin icrası tam təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyata alınmış **-HK-*** dövlət qeydiyyat nişanlı «VAZ 21053 MİNİK» markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan tələbkar BOKT "xxxx" ASC-nin (BOKT "xxxx" MMC)-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-357/2019 saylı icra sənədi üzrə borc tələbkara tam ödənilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadı ilə Borclu adına qeydiyyata olan **-HK-*** dövlət qeydiyyat nişanlı «VAZ 21053 MİNİK» markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü tarixli, 8(055)-162/2024 saylı qərardadı ilə Borclu adına qeydiyyata olan **-HK-*** dövlət qeydiyyat nişanlı «VAZ 21053 MİNİK» markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. dıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar