Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-33/2024 13.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4639.33 manat əsas borc, 657.23 manat faiz borcu, cəmi 5296.56 manat borc və ödənilmiş 72.97 manat dövlət rüsumu, cəmi, 5369 (beş min üç yüz altmış doqquz) manat 53 (əlli üç) qəpik alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4639.33 manat əsas borc, 657.23 manat faiz borcu, cəmi 5296.56 manat borc və ödənilmiş 72.97 manat dövlət rüsumu, cəmi, 5369 (beş min üç yüz altmış doqquz) manat 53 (əlli üç) qəpik alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 05 oktyabr 2023-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinin daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmişdir. İcra sənədi üzrə borclu hazırki vaxtadək tələbkara olan borcunu ödəməmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 4639.33 manat əsas borc, 657.23 manat faiz borcu, cəmi 5296.56 manat borc və ödənilmiş 72.97 manat dövlət rüsumu, cəmi, 5369 (beş min üç yüz altmış doqquz) manat 53 (əlli üç) qəpik alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 05 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədi 05 oktyabr 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. İşdə olan 05 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(055)-656/2023 saylı qətnaməsi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanda yaşayan xx xxxx 1986-cı il təvəllüdlü Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-33/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-33/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver