Məhkəmə qərarları › İş №8(055)-34/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-34/2024

29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-34/2024 29.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (avtomobilin üzərinə həbs qoyulması barədə) Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Borclu iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinə əsasən Borclu və digərlərindən ümumilikdə 2846.83 manat pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu məxsus «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu və digərlərindən ümumilikdə 2846.83 manat pulun alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədi icra olunması üçün 12 oktyabr 2023-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədi üzrə könüllü qaydada borcunu ödəməmişdir. Bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına qeydiyyatda olan **-BE-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102 Minik” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyatda olan «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək göstərdi ki, "xxxx" ASC-yə olan borcdan 25 manat ödəmiş, qalan hissəsini isə hissə-hissə ödəyəcəkdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədindən görünür ki, Borclu və digərlərindən ümumilikdə 2846.83 manat pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədi 12 oktyabr 2023-cü il tarixində Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilərək icra sənədlərində göstərilən tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan çıxarışdan görünür ki, Borclu adına «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Məhkəmə Borclu dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Borclu və digərlərindən ümumilikdə 2846.83 manat pulun alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədi icra olunması üçün 12 oktyabr 2023-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədi üzrə könüllü qaydada borcunu ödəməmişdir. Bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına qeydiyyatda olan «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bundan sonra icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyatda olan «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması barədə məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(055)-675/2023 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək üçün Saatlı rayonunun Heydərabad kəndində qeydiyyatda olan, xx xxxxxx 1962-ci il təvəllüdlü Borclu adına qeydiyyatda olan «QAZ 3102 Minik» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 8(055)-34/2024 “ “_____________2024-cü il Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Araz Hüseynova Hörmətli Araz müəllim, Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 8(055)-34/2024 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: “03” vərəqədə. Hörmətlə, Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar