Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-35/2024 13.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)- 3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)- 3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4648.03 manat əsas borc, 139.81 manat faiz borcu olmaqla, cəmi 4787.84 manat borc və 69.11 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4648.03 manat əsas borc, 139.81 manat faiz borcu olmaqla, cəmi 4787.84 manat borc və 69.11 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə icra sənədi icra olunması üçün 12 fevral 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin daxil olduğu gün icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobil qeydiyyata alınmışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4648.03 manat əsas borc, 139.81 manat faiz borcu olmaqla, cəmi 4787.84 manat borc və 69.11 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında 12 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədi 12 fevral 2024-cü il tarixdə Saatlı rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4648.03 manat əsas borc, 139.81 manat faiz borcu olmaqla, cəmi 4787.84 manat borc və 69.11 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icarsı ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(007)-3287/2023 saylı qətnaməsi üzrə verilmiş 08 yanvar 2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri, B.Çobanzadə küçəsi ev 57, mənzil 35-də qeydiyyatda olan, xx xxxx 1982-ci il təvəllüdlü Borclu adına qeydiyyata alınmış **-BA-*** dövlət qeydiyyat nişanlı “UAZ 33036 YÜK” markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-35/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-35/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver