Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-37/2025 21.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədinə əsasən Borclu 595,17 ABŞ dolları məhkəmə qərarının icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 595,17 ABŞ dolları məhkəmə qərarının icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə icra sənədi icra olunması üçün 02 aprel 2021-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədini müəyyən olunmuş vaxtda icrasını təmin etməmişdir. Bundan sonra başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına **-BX-*** dövlət qeydiyyat nişanlı «VAZ 21074” markalı avtomobil qeydiyyata alınmışdır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)- 295/2021 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Saatlı Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədindən görünür ki, Borclu 595,17 ABŞ dolları məhkəmə qərarının icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədi 02 aprel 2021-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədinə əsasən Borclu 595,17 ABŞ dolları məhkəmə qərarının icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu alınıb tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş müddətdə icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin olduğu müəyyən edilmişdir. Ona görə də, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin üzərinə həbsin qoyulması məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(055)-295/2021 saylı icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonu Soltanabad kəndində qeydiyyatda olan və yaşayan, xx xxx 1988-ci il təvəllüdlü Borclu adına qeydiyyata alınmış **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-37/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-37/2025
21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver