Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-39/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədinə əsasən Borclu 15135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)- 751/2023 saylı icra sənədinə əsasən Borclu 15135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədi üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkara ödənilmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edilmişdir. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonunun Genişkənd kəndində yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 8(055)-39/2024 ___ __________ 2024-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Araz Hüseynova Hörmətli Araz müəllim, Saatlı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 8(055)-39/2024 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: “02” vərəqə. Hörmətlə, Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №8(055)-39/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-39/2024
28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver