Məhkəmə qərarları › İş №8(055)-44/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-44/2025

24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-44/2025 24.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-197/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-197/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 845,38 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “VAZ 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-197/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 845,38 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. İcra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “VAZ 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 197/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 845,38 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına “VAZ 21074 MİNİK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-197/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “VAZ 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış “VAZ 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar