Məhkəmə qərarları › İş №8(055)-48/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-48/2024

19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-48/2024 19.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(055)-737/2023 saylı icra sənədinə əsasən Borclu 795.33 manat borc və 33.39 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" QSC-nə verilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(055)-737/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(055)-737/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzrlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(055)-737/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(055)-737/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı şəhəri, Şəhriyar küçəsi, ev 37-də qeydiyyatda olan borclu xx xxxxxx 1991-ci il təvəllüdlü Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar