Məhkəmə qərarları › İş №8(055)-49/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-49/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-49/2024 17.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1179/2023 saylı icra sənədinə əsasən borclu X1 2690 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı, cəmi 2817 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)- 1179/2023 saylı icra sənədinə əsasən borclu X1 2690 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı, cəmi 2817 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. Həmin icra sənədi 07 fevral 2024-cü il tarixində Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 07 fevral 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə borcluya bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə əlaqədar bildirişləri almasına baxmayaraq icra sənədi üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1179/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1179/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(055)-1179/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxxxxx 1992-cı il təvəllüdlü Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar