Məhkəmə qərarları › İş №8(055)-5/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-5/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-5/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Salyan Rayon Məhkəməsinin e-2(057)-1058/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, lll dərəcəli ədliyyə qulluqçusu Mehdi Məcidlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Salyan Rayon Məhkəməsinin e-2(057)-1058/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 1333,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, lll dərəcəli ədliyyə qulluqçusu Mehdi Məcidli oğlu təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan «Kia Forte minik» markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin e-2(057)- 1058/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 1333,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu və X2 icra sənədində qeyd olunan ünvana göndərilmişdir. İcra sənədi üzrə tələbi təmin etmədikləri üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına «Kia Forte minik» markalı **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Salyan Rayon Məhkəməsinin e-2(057)- 1058/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclular Borclu və X1 1333,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına «Kia Forte minik» markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Salyan Rayon Məhkəməsinin e-2(057)-1058/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış «Kia Forte minik» markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış «Kia Forte minik» markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar