Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-55/2025 03.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən borclular X8, X9, Borclu və X2 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumu, cəmi 34622,89 manat müştərək qaydada alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, borclular X8, X9, Borclu və X2 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumu, cəmi 34622,89 manat müştərək qaydada alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli icra sənədi 11 dekabr 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş Borclu göndərilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədindən görünür ki, borclular X8, X9, Borclu və X2 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumu, cəmi 34622,89 manat müştərək qaydada alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədi 11 dekabr 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclular X8, X9, Borclu və X4 bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi üzrə verilmiş 10 dekabr 2024-cü il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxx 1957-ci il təvəllüdlü, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-55/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-55/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver